Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vuçiç: "Serbiya ABŞ və ya Rusiyanın əlaltısı deyil"
"Serbiya ABŞ və ya Rusiyanın əlaltısı, yaxud agenti deyil".
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç NATO-nun Avropadakı keçmiş komandanı, istefada olan general Uesli Klarkın bəyanatına cavab olaraq bildirib.
"Uesli Klark Balkanlarda öz silinməz izlərini qoyub. Təəssüf ki, bu izlər dəmir və magistral yollar, kiməsə dəstək və kömək deyil, xalqımıza və uşaqlarımıza qarşı repressiyadır. O deyir ki, biz Rusiyanın Balkanlarda agentləri və ya əlaltılarıyıq. Cənab Klarka cavabım budur ki, Serbiyanın nə etdiyini izləyən hər kəsə məlumdur - biz kiminsə əlaltısı deyilik. Nə Rusiyanın, nə də Amerikanın. Biz heç vaxt əlaltıya çevrilməyəcəyik", - Serbiya prezidenti bəyan edib.
Mənbə: gazeta.ru
"Aleksandar Vuçiç" teqi üzrə xəbərlər
- Aleksandar Vuçiç Azərbaycan Prezidentinə təşəkkür etdi
- Aleksandar Vuçiç "Şimal axını"nın işə düşəcəyi vaxtı açıqladı
- Serbiya prezidenti: "Azərbaycan dünya siyasi arenasında öz mövqelərini möhkəmləndirir"
- Aleksandar Vuçiç: "Serbiyada Azərbaycanla birgə qaz elektrik stansiyası tikmək niyyətindəyik"
- Vuçiç Ukraynaya dəstək bəyannaməsi imzalayıb
Rəylər