Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dövlət qurumuna minlərlə manat ziyan vuran şəxs TUTULDU
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrik dirəyini oğurlayan Dilqəm Yusifov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, onun bir müddət əvvəl rayon ərazisindən QSC-yə məxsus daha 3 elektrik dirəyini oğurladığı və bununla da quruma 18 000 manatdan artıq maddi ziyan vurduğu məlum olub.
D.Yusifov oğurladığı elektrik dirəklərini əlvan metalların qəbulu məntəqəsinə satıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Ən çox oxunanlar
Rəylər