Vyetnamda sərnişin avtobusunun torpaq sürüşməsinin altında qalması nəticəsində azı altı nəfər ölüb, 19 sakin yaralanıb.
Oxu.Az "VnExpress" nəşrinə istinadən xəbər verir ki, noyabrın 16-da axşam saatlarında baş verən hadisə zamanı avtobusda 32 sərnişin olub.
Məlumata görə, güclü yağışdan sonra Kxanle aşırımında torpaq sürüşməsi baş verib. Nəticədə torpaq və daşlar avtobusun üzərinə tökülüb, yol bağlanıb.
Xilasedicilərin hadisə yerinə çatması iki saatdan çox vaxt aparıb.
Meteoroloqlar bildiriblər ki, bölgədə güclü yağış və torpaq sürüşməsi riski noyabrın 18-dək davam edəcək.