Vyetnamda "Bualoy" tayfunu nəticəsində ölənlərin sayı 26-ya çatıb, 100-dən çox insan yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "VnExpress" xəbər portalı məlumat yayıb.
Qeyd olunur ki, ən azı 22 nəfər itkin düşüb. Bunlara mərkəzi Kuanqçi əyalətinin sahillərində fırtına zamanı qayıqları batan on balıqçı və sentyabrın 27-dən bəri əlaqə yaratmayan Zyalay əyalətindən olan balıqçı gəmisinin səkkiz ekipaj üzvü daxildir.
Fövqəladə Hallar Xidmətlərinin məlumatına görə, "Bualoy" tayfunu və onun səbəb olduğu leysan tipli yağışlar, daşqınlar ölkə üzrə 17 əyalət və şəhərə təsir edib. Fırtına 137 mindən çox evi dağıdıb, ciddi ziyan vurub.
Vyetnamda "Bualoy" tayfunu nəticəsində ölənlərin sayı 19-a çatıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Vyetnam hökuməti xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Rəsmi məlumatlara görə, daha 21 nəfər itkin hesab olunur.
Qeyd edilib ki, ilin ən dağıdıcı fırtınası hesab olunan tayfun bazar ertəsi Vyetnamın şimal-mərkəzini vurub. Bu, güclü dalğalar, həddindən artıq güclü küləklər və leysan tipli yağıntı ilə müşayiət olunub. Ötən həftənin əvvəlində həmin tropik siklon Filippində ən azı 10 nəfərin ölümünə səbəb olmuşdu.
Təbii fəlakət nəticəsində 88 nəfər xəsarət alıb. İlk növbədə Nqean və Hatin əyalətlərində 100 mindən çox evə ziyan dəyib.