Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vyetnamda son 10 ilin ən güclü qasırğası: Çox sayda ölən və yaralanan var
Vyetnamda son 10 ilin ən güclü qasırğası adlandırılan "Yagi" tüğyan edir.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, qasırğa nəticəsində ölənlərin sayı 59-a çatıb, 229 nəfər yaralanıb.
Ən çox zərər çəkənlərin ölkənin şimal-şərqindəki Kuanqnin əyalətində olduğu bildirilir.
Təbii fəlakət 110 min hektara yaxın düyü plantasiyalarının su altında qalmasına səbəb olub, minlərlə ağac aşıb. Bundan əlavə, 8 mindən çox tikiliyə ziyan dəyib, elektrik enerjisi və rabitədə fasilələr yaranıb.
Ölkənin şimalındakı Futxo əyalətində avtomobil körpüsü uçub.
Meteoroloqların məlumatına görə, ölkənin şimal-qərbində 40 sm-dən çox, şimal-şərqində isə 10 sm-dən çox yağıntı düşə bilər. Vyetnamın şimal-şərqində dağlıq ərazilərdə 25 sm-dən çox yağıntının olacağı gözlənilir.
Meteoroloqlar ölkənin 25 şimal əyalətindən 17-də, xüsusən də UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Xalonq körfəzinin yerləşdiyi Kuanqnində sürüşmə riskinin davam edəcəyi barədə xəbərdarlıq edirlər.
Sentyabrın əvvəlində isə "Yagi" Filippində 20 nəfərin həyatına son qoyub, daha 22 nəfər itkin düşmüş hesab olunur.
Qeyd edək ki, "Yagi" bu il bölgəni vuran ən güclü və son onilliklərdə Vyetnamı vuran ən güclü qasırğa olub.
"Vyetnam" teqi üzrə xəbərlər
- Myanmada hərbi xunta üsyançıların olduğu bölgələrə humanitar yardıma icazə vermir
- Tramp Kim Çen In ilə şəxsi görüşünü istisna etmir: "O, ağıllı adamdır"
- Myanmada zəlzələ nəticəsində ölənlərin sayı üç minə yaxınlaşıb
- Myanmada güclü zəlzələdə ölənlərin sayı 2 000 nəfəri keçdi
- Myanmada daha bir güclü zəlzələ oldu