WhatsApp-da “Mavi düymə” özəlliyinin tətbiq edilməsindən sonra sosial şəbəkələrdə bir çox istifadəçi bu özəlliyə öz narazıçılığını bildirib.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, istifadəçilərin narazılığını nəzərə alan WhatsApp, yeni proqram hazırlayıb.
Yaxın zamanlarda təqdim ediləcək proqram vasitəsi ilə istifadəçilər “Mavi düymə” özəlliyini istəyə uyğun olaraq bağlayıb və aça biləcəklər. Proqram AppStore-də ve Google Play-də təqdim ediləcək. Proqram vasitəsi ilə “Mavi düymə” özəlliyini bağladıqdan sonra yazılan mesajların oxunub-oxunmadığı bilinməyəcək.
E.Ə.
www.oxu.az