Bu gün İranın Ali Rəhbəri Əli Xamenei Tehranda cümə namazı qılacaq, ardınca isə beş ildən sonra ilk dəfə cümə xütbəsi ilə çıxış edəcək.
Oxu.Az "Haber Globala"a istinadən xəbər verir ki, Əli Xameneinin bu çıxışı 2023-cü il oktyabrın 7-də başlayan İsrail-HƏMAS qarşıdurmasının ildönümünə üç gün qalmış baş tutacaq.
Ehtimal edilir ki, Əli Xameneinin çıxışının əsas hissəsi sentyabrın 30-da İsrailin hava zərbələri nəticəsində öldürülən "Hizbullah" lideri Həsən Nəsrullaha və İranın İsrailə qarşı həyata keçirdiyi hücuma həsr olunacaq.
Rəylər