Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Seyid Əli Xamenei: "Haniyənin tökülən qanının qisasını almağı özümüzə borc bilirik"
İranın Ali Rəhbəri Seyid Əli Xamenei HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı ilk açıqlamanı verib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən bildirir.
"İsmayıl Haniyə sübh çağı haqqa doğru getdi. Böyük müqavimət cəbhəsi matəm içindədir. Sionist rejimi sevimli qonağımızı evimizdə şəhid etdi və bizi matəmdə qoydu, amma eyni zamanda özü üçün ağır cəzanın zəminini hazırladı. İran torpaqlarında baş verən bu ağrılı hadisədə Haniyənin tökülən qanının qisasını almağı özümüzə borc bilirik", - deyə Xamenei qeyd edib.
İranın Ali Rəhbəri Seyid Əli Xameneinin rəsmi "X" səhifəsində bu gecə Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin videosu paylaşılıb.
Oxu.Az xəbər verir ki, video Məsud Pezişkianın andiçmə mərasimindən bir neçə saat əvvəl çəkilib.
Qeyd edək ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda birbaşa raket zərbəsi nəticəsində öldürülüb.
"HƏMAS" teqi üzrə xəbərlər
- HƏMAS-la İsrail arasındakı mümkün razılaşmanın detalları bəlli oldu
- HƏMAS və İsrail arasında müzakirələr: Birinci mərhələdə nə qədər girov azad ediləcək?
- İsrail ordusu HƏMAS komandirini öldürüb
- İsrail ordusu HƏMAS-ın silah istehsalı bölməsinin komandirini öldürdüyünü bildirib
- Dohada keçirilən danışıqlarda israilli əsirlərlə bağlı irəliləyiş əldə edilib
Rəylər