Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xamenei: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
"İran ABŞ ilə danışıqlar aparmayacaq, çünki Vaşinqton yalnız öz maraqlarını güdür".
Oxu.Az xəbər verir ki, bunu SNN telekanalında canlı yayımlanan görüş zamanı çıxış edən İranın ali lideri ayətullah Əli Xamenei deyib.
"Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını təlqin etmək üçün danışıqlar aparır. İran, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq", - o, ABŞ Prezidenti Donald Trampın Tehranın nüvə proqramı ilə bağlı danışıqları təklif etdiyi məktubuna cavab olaraq İran rəsmiləri ilə görüşündə bildirib.
Xameneinin sözlərinə görə, Qərbin ikili standartlardan istifadə etməsi sivilizasiya üçün rüsvayçılıqdan başqa bir şey deyil.