Xarkov vilayətinin Balakleya şəhərinə Rusiya tərəfindən PUA-larla edilən gecə hücumu üç nəfərin həyatına son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) mətbuat xidməti məlumat yayıb.
FHDX-nin məlumatına əsasən, pilotsuz uçuş aparatları şəhərin fərdi yaşayış massivini hədəf alıb. Zərbələr iki yaşayış evində yanğına səbəb olub, həmçinin yaxınlıqdakı mülklərə ziyan dəyib.
Qaynar xətt:
(055) 224 12 12