Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xavi Ernandes Karlo Ançelottinin müdafiəsinə qalxdı
"Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandes "Real Madrid"in sükanı arxasında olan Karlo Ançelottiyə ünvanlanan tənqidlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Xavi Ernandesin fikirlərini "Marca" nəşri dərc edib.
"Ançelotti 10 il ərzində kifayət qədər titul qazanıb, buna baxmayaraq, o, çox tənqid olunur. İspaniyada məşqçilərə çox təzyiq var. Bu, xüsusilə "Barselona" və "Real Madrid"də belədir".
Qeyd edək ki, İspaniya mətbuatı "Barselona" ilə mayın 11-də baş tutacaq növbəti "El Klasiko"dan sonra Karlo Ançelottinin istefaya göndəriləcəyini yazıb.
Məlumat üçün əlavə edək ki, 65 yaşlı italiyalı mütəxəssisin çalışdırdığı "Real Madrid" 75 xalla La Liqanın turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
"Xavi Ernandes" teqi üzrə xəbərlər
- "Bayer Leverkuzen" baş məşqçi postu üçün Xavi Ernandes və Erik ten Haqla danışıqlara başlayıb
- Messi: "Qvardiola "Barselona"dakı işi ilə futbola böyük ziyan vurub"
- "Mançester Yunayted" yeni mövsümdə baş məşqçi postunu Xaviyə həvalə edəcək
- XXI əsrin ən yaxşı futbolçusu bəlli oldu
- Xavi Ernandes Lionel Messi və onun komandasına başçılıq edəcək