Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Naftalan, Qazax, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Saatlı, Bərdə, Tərtər, Yevlax və Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

"Güclü külək" teqi üzrə xəbərlər
- Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda güclü küləyin fəsadları hələ də aradan qaldırılmayıb: Sakinlər üçün təhlükəli VƏZİYYƏT
- Hava şəraiti kəskin dəyişir: Güclü külək, leysan, dolu, qar
- Küləyin fəsadı niyə aradan qaldırılmır?
- Bakıda güclü külək ağacın kökünü zədələdi - "Hər an aşa bilər"