Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xavinin “Barselona”dakı gələcəyi məlum olub
“Barselona” rəhbərliyi Xavi Ernandesin komandanın baş məşqçisi kimi gələcəyi ilə bağlı qərar verib.
Məlumata görə, klub yaxın vaxtlarda mütəxəssisi işdən çıxarmayacaq. O, ən azı 2023/2024 mövsümünün sonuna qədər komanda ilə çalışacaq.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Ötən mövsüm o, kluba İspaniya çempionatında və ölkə Superkubokunda qələbə qazandırıb.
Mənbə: gazeta.ru
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar