Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Xiaomi" "Apple"ı geridə qoyaraq dünyada ikinci ən böyük smartfon brendi oldu
"Xiaomi" bu ilin avqustunda "Apple"ı geridə qoyaraq dünyada "Samsung"dan sonra ikinci ən böyük smartfon brendi olub.
Oxu.Az-ın İxbt.com-a istinadən xəbərinə görə, bu barədə "Counterpoint Research" tədqiqat təşkilatının yeni hesabatında bildirilib.
"Xiaomi"nin smartfonlarının satışları 2024-cü ilin avqustunda sabit qalıb, "Apple" isə eyni dövrdə mövsümi azalma göstərib. 2022-ci ildən 2023-cü ilin birinci yarısına qədər "Xiaomi" mobil telefonları tədarük zəncirində çətinliklərlə üzləşib (eyni problemlə digər istehsalçılar da qarşılaşıb), lakin şirkət məhsul, satış və paylama kanalları strategiyasına düzəlişlər edib ki, bu da qeyd edilən nəticəyə gətirib çıxarıb.
"Counterpoint Research"dən bildirilib ki, "Xiaomi" 2024-cü ilin ilk yarısında ən sürətlə böyüyən brendlərdən birinə çevrilib və satışlar illik 22% artıb. İlin ikinci yarısında artım yavaşlaya bilər, lakin "Xiaomi"nin 2024-cü il ərzində güclü ikirəqəmli artım əldə edəcəyi gözlənilir.
"Şirkət yüksəksəviyyəli bazara uğurla daxil olmaq üçün hər bir qiymət diapazonunda flaqman modelin yaradılmasına diqqət yetirməklə yanaşı, həmçinin rəqabətədavamlı qiymətə malik 5G cihazları buraxıb ki, bu cihazların Hindistan, Latın Amerikası, Cənub-Şərqi Asiya, Yaxın Şərq və digər ölkələrdə böyük həcmdə satışlarına nail olunub" , - deyə "Counterpoint"in araşdırmalar üzrə direktoru Tarun Patxak qeyd edib.
Rəylər