Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yaponiya Belarusa etiraz göndərdi
Yaponiya hökuməti Belarusun dövlət televiziyasında casusluqda ittiham olunan yapon vətəndaşı Masatoşi Nakanişi haqqında proqramın yayımlanması ilə əlaqədar Belarusa etiraz etdiyini bildirib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi məlumat verib.
"Biz proqramın ləğv olunmasını təkidlə xahiş etsək də, təəssüf ki, nəticədə o efirə getdi. Efirdən dərhal sonra biz Belarus XİN-ə etirazımızı bildirdik", - deyə Hayaşi bildirib. Onun sözlərinə görə, Yaponiya tərəfi hesab edir ki, proqramın məzmunu insan hüquqlarını poza bilər.
Çərşənbə günü "Belarus-1" dövlət televiziya kanalı xəbər verib ki, ölkədə Yapon xüsusi xidmət orqanlarının əməkdaşı saxlanılıb. O, Belarusda sosial-siyasi vəziyyət, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsi, Belarus-Ukrayna sərhədində baş verənlər, habelə hərbi infrastrukturun çəkilişi barədə məlumat toplayırmış.
Nakanişi 2018-ci ildə Belarusa gəlib. O, respublika vətəndaşı ilə saxta nikah bağlayıb, sonra isə bu nikahı pozub. Fransisk Skorina adına Qomel Dövlət Universitetində yapon dili müəllimi kimi işə düzəlib.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Fuci dağına qalxmaq artıq pulsuz deyil: Yeni qaydalar tətbiq edildi
- Yaponiyada güclü qar səbəbindən 60-dan çox aviareys təxirə salınıb
- Yaponiya Çinin yaxınlığında raketlər yerləşdirə bilər
- Dünyanın ən yaşlı qadın bərbəri 108 yaşındadır