Yaponiya rəhbərliyi BMT-yə son uçuşa yollanmazdan əvvəl 333 kamikadze tərəfindən yazılmış məktub və vəsiyyətin YUNESKO-nun dünya irsi siyahısına (“Dünya Yaddaşı” proqramı) daxil edilməsi xahişi ilə təhsil, elm və mədəniyyət məsələləri üzrə ərizə təqdim edib.
Oxu.Az-ın “İtar-tass” saytına istinadən verdiyi məlumata görə, sənəd Minami-Kyusyu şəhər administrasiyası tərəfindən tərtib olunub. Bu şəhərdə kamikadzelərə həsr olunmuş unikal muzey yerləşir. Muzeydə kamikadzelərə aid 14 min şəkil, məktub və digər sənədlər nümayiş etdirilir.
“Bu əşyalar ölümə gedən insanlardan bizə qalan tək xatirədir, - şəhər meri Kampey Simoide mətbuat konfransı zamanı qeyd edib. Bu məktub və vəsiyyətləri müharibənin faciələrindən xəbər verən əşyalar qismində qoruyub saxlamaq lazımdır”.
“Dünya yaddaşı” proqramı 1992-ci ildə YUNESKO tərəfindən “Dünya irsi” layihəsi çərçivəsində tərtib olunub. Hal-hazırda “Dünya yaddaşı” proqramının reyestrinə 299 obyekt daxildir.
Pilot-terrorçu dəstələr 1944-cü ilin oktyabr ayında, Yaponiyanın müharibədə demək olar ki, məğlub olduğu bir dövrdə meydana gəlib. Həmin dövrdə 4 min kamikadze hazırlanıb. ABŞ-ın məlumatına görə, onların hücumu nəticəsində təyyarədaşıyan gəmilər də daxil olmaqla, 34 gəmi batırılıb. Təxminən 300 gəmi isə xəsarət alıb.