Yaponiya tərəfi Malayziyaya keçən ay Kuala-Lumpurda ölən Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın barmaq izlərini verib.
Oxu.Az Kiodo-ya istinadən xəbər verir ki, Kim Çen Namın barmaq izlərini yapon hüquq-mühafizəçiləri hələ 2001-ci ildə onun Yaponiyaya saxta sənədlərlə girməyə çalışarkən, amma saxlanılaraq ölkədən çıxarıldığı zaman əldə edib.
Kim Çen Nam fevralın 13-də Kuala-Lumpur aeroportundan xəstəxanaya gedərkən yolda ölüb. Malayziya Səhiyyə Nazirliyinin məlumatına görə, onun ölümü qadağan edilmiş VX maddəsinin təsiri nəticəsində baş verib.
Pxenyanda hələ də Malayziyada Kim Çxol adına pasportu olan Şimali Koreya vətəndaşının öldüyü iddia edilir. Şimali Koreya tərəfi hesab edir ki, onun ölümünə səbəb ürək çatışmazlığı olub.
N.О.
www.oxu.az