Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaponiya rakettutma sistemlərini sınamaq üçün kosmik yük gəmilərindən istifadə edəcək
Yaponiya Müdafiə Nazirliyi hipersəs raketlərin buraxılışını qeydə almaq üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük çatdıracaq yeni HTV-X kosmik gəmilərindən istifadə etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Nikkei" nəşri məlumat yayıb.
Məlumata görə, ilk HTV-X yük gəmisinin 2026-cı ilin martınadək BKS-ə göndərilməsi planlaşdırılır.
BKS-ə yükləri çatdırdıqdan sonra o, təxminən bir il ərzində hipersəs döyüş bloklarının buraxılışını və uçuşunu qeydə almaq üçün quraşdırılmış infraqırmızı avadanlığı sınaqdan keçirərək Yer ətrafında fırlanacaq.
Bu sensorlar sonradan hazırda Yaponiyada ABŞ ilə əməkdaşlıq çərçivəsində hazırlanan casus peyklərində quraşdırılacaq.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yaponiyada 25 ilin ən böyük qrip epidemiyası qeydə alındı
- Yaponiya şirkəti tərəfindən hazırlanan "Gələcəyin şəhəri"
- Yaponiyada demoqrafik fəlakət barədə şok proqnoz: Ölkədə cəmi bir uşağın qalacağı tarix açıqlandı
- Şimali Koreyadan yeni ildə ilk raket buraxılışı: ABŞ-yə hədə-qorxu gəlir?
- Planetin ən yaşlı sakini dünyasını dəyişdi
Rəylər