Yaponiya və Avropa İttifaqı (Aİ) öz peyk şəbəkəsini yaratmağı, habelə müdafiə sənayesi sahəsində əməkdaşlıq etməyi planlaşdırırlar.
Oxu.Az bu barədə "Nikkei" nəşrinə istinadla xəbər verir.
Bunun ABŞ-dən asılılığı azaltmaq üçün edildiyi bildirilir. Tərəflər qarşıdakı sammitdə birgə istismar ediləcək kiçik peyklər qrupunun yaradılması razılığa gəlməyi planlaşdırırlar.
Onlar, həmçinin bu sahədə dövlət-özəl tərəfdaşlığı formatını müzakirə edəcəklər.