Yaponiyanın cənub-qərbində 5.5 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumatda deyilir ki, zəlzələnin episentri təxminən 680 min nəfər əhalisi olan Kumamoto şəhərindən 38 kilometr şərqdə, ocağı 22 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.