Yaponiyada baş verən 6.4 bal gücündə zəlzələ nəticəsində ən azı doqquz nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, Şimane, Tottori, Okayami və Xirosima prefekturalarının doqquz sakini müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaponiyanın Şimane prefekturasında baş verən güclü zəlzələdən (6.2 bal gücündə) sonra müxtəlif xəsarətlər alan altı nəfər xəstəxanalara aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə KHB telekanalı məlumat yayıb.
Bundan əlavə, bir neçə ərazidə su təchizatında fasilələr yaranıb. Ərazidə yollara və evlərə də ziyan dəydiyi bildirilir.
Yaponiyanın Çuqoku bölgəsində 6.2 bal gücündə zəlzələ baş verib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələdən sonra güclü afterşoklar qeydə alınıb. Zəlzələnin episentri Şimane prefekturasının şərq hissəsində yerləşib. Agentlik əlavə edib ki, sunami təhlükəsi yoxdur.
Episentrdən təxminən 32 kilometr uzaqda yerləşən Şimane atom elektrik stansiyasını idarə edən "Chugoku Electric Power" şirkəti stansiyanın 2-ci enerji blokunda fəaliyyətin normal rejimdə davam etdiyini açıqlayıb.
Yaponiyanın Nüvə Tənzimləmə Agentliyi isə zəlzələdən sonra hər hansı anomaliyanın qeydə alınmadığını bildirib.