Yaponiyada 7.5 maqnitudalı zəlzələdən sonra 156 mindən çox əhalinin təxliyə olunması barədə göstəriş verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Seysmoloqlar zəlzələnin maqnitudasını əvvəl 7.4, daha sonra 7.5 bal olaraq qiymətləndiriblər.
Məlumata görə, təxliyə Hokkaydo, Aomori, İavte, Miyagi və Fukusima prefekturalarında həyata keçirilir.
Qeyd olunur ki, seysmik hadisə Honsu adasının şimalında yerləşən Aomori prefekturasında baş verib. Yaponiyanın şimal bölgəsində sakinlər mümkün sunami təhlükəsi barədə xəbərdar olunublar.
Sakit okeanda, Yaponiyanın şimal-şərq akvatoriyasında 7.4 ballıq güclü zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, güclü seysmik hadisədən sonra ölkənin bir neçə bölgəsində hündürlüyü üç metrə çatan sunami xəbərdarlığı edilib.
Agentliyin bildirdiyinə görə, hündürlüyü 40 santimetrə çatan ilk sunami dalğası Yaponiya sahillərinə çatıb və daha böyük təhlükə istisna edilmir.