Yaponiyanın qərbində yerləşən Toyama şəhərində ayı itlə gəzən 40 yaşlı qadına hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, ayı hücumdan dərhal sonra qaranlıqda gizlənib. Zərərçəkən qadın üz, boyun və baş nahiyəsindən xəsarətləri alıb və təcili xəstəxanaya çatdırılıb. Hazırda onun həyatına təhlükə yoxdur.
Səhər saatlarında ovçular və polis helikopter və dronlarla hücumun baş verdiyi ərazi ətrafında axtarış aparıblar. Lakin ayı hələ də tapılmayıb. Hökumət orqanları yaxınlıqdakı məktəblərin iş qrafikini dəyişib və valideynlərdən uşaqları müşayiət etməyi xahiş edib.
Yaponiya Təbiət Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə ayıların hücumları nəticəsində 238 nəfər zərər çəkib, 13 nəfər həyatını itirib. Bu, müşahidələr tarixində rekord göstəricidir.