Yaponiyanın şimalındakı Akita bölgəsində ayıların iştirakı ilə rekord sayda yol-nəqliyyat hadisələri qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə NHK polis məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, ilin əvvəlindən bu günə qədər bölgədə avtomobillərlə ayılar arasında 134 toqquşma baş verib. Bu, 2020-ci ildən etibarən statistikaların toplanmasına başlanıldığından bəri rekord göstərici sayılır.
Ötən il ərzində isə yalnız 23 belə hadisə qeydə alınıb.