Yaponiyada dünyanın ən ahıl kişisi ölüb, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Yasutaro Koide Naqoya şəhərinin xəstəxanasında yanvar ayının 19-da ölüb. Onun 112 yaşı var idi.
Koide 1903-cü ilin mart ayının 13-də Fukui əyalətində doğulmuşdu, keçən ilin iyul ayının 7-də 112 yaşında dünyanın ən yaşlı kişisi onun həmvətəni Sakari Momoi öldükdən sonra, o, dünyanın ən yaşlı kişisi hesab edilirdi.
Dünyanın ən yaşlı qadını 2015-ci ilin sentyabr ayının 28-də 115 yaşında ölüb. Onun ailə üzvlərinin xahişi ilə qadının adı açıqlanmadan sadəcə Tokioda 1900-cü ilin mart ayının 15-də dünyaya gəldiyi bildirilmişdi.