Tokionun Ueno zooparkında fotoqraf Şinqo Nakamura Ri-Ri adlı pandanın bir neçə şəklini çəkib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, fotoqrafın sözlərinə görə, Ri-Rinin hərəkətləri kunq-fu texnikasını xatırladıb.
Nakamuro bildirib ki, heyvanın hərəkətləri onu çox təəcübləndirib.
“Mən hesab edirəm ki, panda ayaqlarını məşq etdirirdi, onun hərəkətləri döyüş texnikasını xatırladırdı”, - 49 yaşlı fotoqraf deyib.