Yaponiyada bu gün ərzində istivurmadan ən azı iki nəfər ölüb və 769 nəfər xəstəxanaya yerləşdirilib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziya kanalı məlumat yayıb.
Xəsarət alanların əksər hissəsi Tokio ilə sərhəddə Saytama prefekturasında qeydə alınıb – 75 nəfər xəstəxanaya yerləşdirilib.
Yaponiyanın demək olar ki, bütün ərazisində artıq ikinci gündür ki, çox isti hava müşahidə edilir. Əksər regionlarda havanın temperaturu 30 dərəcəni keçib.