Yaponiyanın Humma prefekturasının Sibukava şəhərində avtomobil supermarketə girib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, qəza nəticəsində 14 nəfər xəsarət alıb.
Bir nəfər isə şüursuz şəkildə tapılıb. Xəsarət alanlardan 9-nun vəziyyəti ağırdır. Avtomobilin 55 yaşlı sürücüsü isə xəsarət almayıb. O, hadisə yerində saxlanılıb.