“Aum Sinrike” totalitar sektasının yaradıcısı Seko Asaxara edam edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Son vaxtlar 63 yaşlı Asaxara demensiyadan əziyyət çəkirdi. Sektanın sabiq “müdafiə naziri” və digər liderləri də edam olunub. Qeyd edilib ki, onlar hamısı dar ağacından asılıb.
Ədliyyə naziri Yeko Kamikava edam faktını təsdiqləyib.
Breaking: Aum Shinrikyo cult guru Shoko Asahara, mastermind behind the 1995 subway terrorist attack, has been executed. More details coming soon. pic.twitter.com/dK6Sbwj3ES
— JAPAN Forward (@itsjapanforward) July 6, 2018
Asaraxanın əsl adı Tidzuo Matsumotodur. O, öz sektasını 1987-ci ildə yaradıb. Sektanın 50 min nəfər üzvü olub və onlardan 20 faizi keçmiş SSRİ vətəndaşları idi.
www.oxu.az