Yaponiyada sərxoş sərnişin təyyarənin göyərtəsində dava salıb.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində Yaponiyanın Narita aeroportundan Amerikanın Los-Anceles şəhərinə uçmalı olan təyyarə 90 dəqiqə ləngiyib.
Sərnişin reysdən kənarlaşdırılıb. O, dindirilmə üçün saxlanılıb.
Hadisənin şahidləri davanı videoya çəkiblər. Bu kadrlar internetdə yayılıb.
N.О.
www.oxu.az