Yaponiyanın baş naziri Sindzo Abe Moskvada mayın 9-da Qələbə paradında iştirak etməyəcək.
Oxu.Az bu barədə İTAR-TASS-a istinadən xəbər verir.
Bu bəyanatı Yaponiyanın nazirlər kabinetinin baş katibi Yesixide Suqa Tokioda keçirilən mətbuat konfransında bəyan edib.
Daha öncə, Yaponiyanın Qələbə paradına gedəcəyi barədə qərarın qəbul edilmədiyi məlum olub.
Eləcə də xəbər verilib ki, Slovakiyanın baş naziri Moskvaya səfəri zamanı Qələbə paradında iştirak etməyəcək.