Yaponiyanın baş polis idarəsi beynəlxalq terrorizm ilə mübarizə üçün İordaniyaya xüsusi təyinatlı qrup yolladığını elan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu, çərşənbə axşamı “İslam Dövləti” (İŞİD) qruplaşmasının girov götürdüyü iki yaponun 72 saat ərzində 200 milyon dollar ödənilmədiyi təqdirdə edam ediləcəyinə dair bəyanatından sonra qərara alınıb.
Hal-hazırda İordaniyada artıq yapon xüsusi xidmət nümayəndələri işləyirlər, onların sayına, silah və planlarına dair heç bir məlumat verilməyib.
Çərşənbə günü Yaponiya hökumətinin rəsmi nümayəndəsi iki girov götürülən şəxsin kimliyini açıqlayıb. Bu, keçən ilin avqust ayında girov götürülən, Aleppo rayonundan olan kiçik sahibkar Haruna Yukava və peşəkar jurnalist-frilanser Kendzi Qotodur. Keçən ilin payızında o, tanışı Yukavanın azad edilməsinə nail olmaq niyyətini bildirib, sonra özü də itkin düşüb.
İki yapon girovu ilə video bu yaxınlarda ekstremistlər tərəfindən saytların birində yerləşdirilib. Bundan bir neçə gün öncə Yaponiyanın baş naziri Sindzo Abe öz Yaxın Şərq turnesi zamanı Tokionun İŞİD ilə mübarizə aparan ölkələrə qeyri-hərbi yardım misalında 200 milyon dollar ayırmağa hazır olduğunu bildirmişdi. Qeyd edək ki, iki yaponun azad edilməsi üçün yaraqlılar anoloji məbləği tələb edirlər.