Yaponiyanın baş nazir postuna seçilmiş ilk qadın olan Sanae Takaiçi Koreya kosmetikasından istifadə etdiyini və Cənubi Koreya seriallarını izlədiyini açıqlayıb.
Oxu.Az-ın "Independent" nəşrinə istinadən xəbərinə görə, Sanae Takaiçi bu barədə mətbuat konfransında çıxışı zamanı danışıb.
Baş nazir Yaponiya ilə Cənubi Koreya arasındakı münasibətləri heç vaxt olmadığı qədər güclü adlandırıb və əlavə edib ki, yaxın vaxtlarda Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüşməyə ümid edir.
Xatırladaq ki, Yaponiya parlamentinin aşağı palatasının deputatları oktyabrın 21-də Yaponiya Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiçini səs çoxluğu ilə ölkənin 104-cü baş naziri seçiblər. Bununla da Takaiçi Yaponiya tarixində ilk qadın baş nazir olub.