COVID-19-la bağlı karantin rejimi ilə əlaqədar ictimai nəqliyyata buraxılmayan yaşlı qadın hərəkətdə olan trolleybusun arxa hissəsinə dırmaşıb.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, görüntülər Ukraynada qeydə alınıb.
Hadisə şahidləri bildirib ki, növbəti dayanacaqda sürücü yaşlı qadını trolleybusdan düşməyə razı sala bilib.