Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yaxın gələcəkdə insanlar 100 ildən çox yaşayacaqlar
"Tibbin nailiyyətləri və əlverişli sosial şərait yaxın gələcəkdə insanlara 100 ildən daha çox yaşamağa imkan verəcək".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskvadakı ofisinin rəhbəri Batır Berdıklıçev deyib.
Onun sözlərinə görə, bu gün bütün dünyada insanların ömrü uzanıb:
"Profilaktikanın müasir metodları, qidalanmanın yaxşılaşması, daha yaxşı həyat, iş şəraiti, tibbi yardımın əlçatanlığı orta ömür uzunluğunun artmasına təsir göstərib".
ÜST nümayəndəsi əlavə edib ki, 2020-ci ildən 2050-ci ilədək dünyada 80 və daha yuxarı yaşda olan insanların sayı üç dəfə artaraq, 426 milyon nəfərə çatacaq.
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)" teqi üzrə xəbərlər
- Baş katib: "Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik"
- ÜST-nin yeni sazişi: Dünya gələcək pandemiyalarla mübarizəyə hazırlaşır
- Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
- ÜST pandemiya sazişini qəbul etdi
- ÜST maliyyə böhranının astanasında: İşçilərinin sayını kəskin azaldır