Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yefremov azərbaycanlı vəkili Elman Paşayevdən imtina edib
Ölümcül qəza törətməkdə təqsirləndirilən Rusiyanın Əməkdar artisti Mixail Yefremov məhkəmə iclası zamanı vəkilləri - azərbaycanlı Elman Paşayevdən və Yelizaveta Şarqorodskayadan imtina edib.
Bu barədə TASS xəbər verib.
“Qoy, onlar məsləhətçi olaraq qalsınlar, mənim müdafiəmi isə kimsə başqası həyata keçirsin” – deyə o bildirib.
Onu da qeyd edək ki, Yefremov Moskvanın mərkəzində baş verən qəzada ölən Sergey Zaxarovun qardaşının hesabına poçtla 200 min rubl (4610 AZN) köçürüb.
“LifeShot” “Telegram” kanalının məlumatına görə, bu barədə artistin vəkili Elman Paşayev bildirib.
Onun sözlərinə görə, ölən şəxsin digər qohumları – iki oğlu və arvadı da bu məbləği alıblar. Vəsait mənəvi təzminat olaraq köçürülüb.
Xatırladaq ki, iyunun 8-də M.Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşıdakı zolağa çıxıb və mikroavtobusa çırpılıb. Sürücü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Sənətçinin özü xəsarət almayıb.
Rəylər