Yəməndə vəba xəstəliyinə yoluxanların sayı 500 min nəfəri keçib.
Oxu.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər gün beş min nəfərə yaxın insan bu xəstəliyə yoluxur.
Ölkədə epidemiya aprelin sonundan başlayıb. Bir neçə ay ərzində xəstəlik iki min insanın həyatına son qoyub.
Vəbanın Yəməndə sürətlə yayılmasının səbəbi kimi müharibələr, su təchizatında yaranan daimi fasilələr və antisanitariya göstərilir. Ölkədə milyonlarla insan susuz qalıb, bir çox şəhərlərdən aylarla zibil çıxarılmır.
S.B.
www.oxu.az