Alman avtomobilqayırma şirkəti “Mercedes” yeni “Geländewagen 500 4×4²” avtomobilinin fotolarını və xüsusiyyətlərini dərc edib.
Oxu.Az xəbər verir ki, bu avtomobilin əsasını üç oxla təmin edilmiş və G 63 AMG 6×6 adı ilə tanınan avtomobilin modeli təşkil edib.
Avtomobili digər “Geländewagen”-lərdən arxada adət edilən ehtiyat təkərinin olmaması, klirensin 450 mm, hündürlüyün 2,25 m və eninin 2,10 m olması fərqləndirir.
Buraxılış şirkətinin nümayəndələri əmindirlər ki, “G klass” ən yaxşısıdır və onu təkmilləşdirmək lazımdır.
V-şəkilli səkkiz silindirli aqreqatın istifadəsi sayəsində “G 500 4×4²” əvvəlki modellərdən seçilir. Yeni avtomobil iriölçülü təkərlərə və orijinal tərtibatlı salona malikdir. Gücünə gəldikdə isə “Mercedes”in “G 500 4×4²” modeli 422 gücə malik dördlitrlik mühərrikə malikdir.
Elvin Əhmədov
www.oxu.az