Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yeni ilin əsas yeməkləri neçəyə başa gələcək? - QİYMƏTLƏR
Yeni il bayramının müxtəlif təamların yer aldığı süfrə başında keçirilməsi uzun illərdən qalan ənənədir. Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Yeni il süfrəsini bir qayda olaraq “Olivye” salatı, şampan və naringi bəzəyir.
Maraqlıdır ki, “Olivye” salatından ərzaq qiymətlərinin nə dərəcədə artıb-artmadığını müəyyən etmək üçün bir iqtisadi indeks kimi də istifadə olunur.
Məsələn, qonşu Rusiyada 2018-ci ildə bu indeks (ötən illə müqayisədə) 4,6% faiz yüksəlib və 412 rubldan çox məbləğ təşkil edir.
Bəs bu baxımdan Azərbaycanda vəziyyət necədir?
Oxu.Az xəbər verir ki, Davamlı İnkişaf Tədqiqat Mərkəzinin rəhbəri Nəriman Ağayev bu haqda Media.Az-a danışıb.
Onun sözlərinə görə, Azərbaycan üçün “Olivye indeksi” o qədər aktual deyil, nəinki ənənəvi “dolma indeksi” və ya “plov indeksi”.
“Əhalinin 80 faizində Yeni il süfrəsində plov, ya da dolma olacaq. Bu il “dolma indeksi” ötənilkindən fərqli olaraq, daha ucuz olacaq. Bu, həmin yeməyin əsas elementlərindən olan göyərtinin ucuzlaşması ilə əlaqəlidir. Hazırda yeddi dəstə göyərti bir manata satılır.
Yalnız ətin qiymətində dəyişiklik ola bilər. Biz ət qiymətinin 50 qəpik bahalaşacağını proqnozlaşdırırıq. Bu isə onunla əlaqədardır ki, bazarlarda baytar nəzarəti qadağan edilib; baytar nəzarəti artıq birbaşa sallaqxanalarda həyata keçirilir.
“Dolma indeksi” günümüzə 14 manat təşkil edir. Bu məbləğə bir kiloqram ət, yağ, düyü, üzüm yarpaqları və göyərti daxildir. İndeksi hesablayan zaman kiloqramı doqquz manata satılan ət əsas götürülür.
“Plov indeksi” isə sizin hansı plovu hazırlayacağınızdan asılıdır. Məsələn, göyərtiyə üstünlüyün verildiyi səbzi-qovurma plovu dörd nəfərlik ailəyə səkkiz manata başa gələcək.
Meyvə quruları və şabalıdlardan ibarət “klassik plov”u hazırlamaq üçün isə 15 manat xərcləməli olacaqlar. “Olivye indeksinə” gəlincə, bu il Azərbaycanda, əksinə, qiymət ötən illə müqayisədə aşağı düşüb. Deyək ki, dörd nəfərlik ailəyə təxminən doqquz manata başa gələcək”, - deyə N.Ağayev bildirib.
İqtisadi elmlər doktoru, professor Elşad Məmmədov isə Media.Az-la söhbətində, qida sektoruna aid populyar brend məhsulları ilə əlaqəli “indekslərin”, iqtisadiyyatda inflyasiya səviyyəsinin ölçülməsi məqsədilə müntəzəm olaraq tətbiq olunduğunu dilə gətirib.
Bu baxımdan, ən populyar indeks “Big Mac indeksi”, yəni alıcılıq qabiliyyəti paritetinin qeyri-rəsmi müəyyən edilməsi yolu sayılır.
“Sual yarana bilər. Bu indekslər nə üçün bu qədər effektiv və indikativdir? Məsələ ondadır ki, onlar alıcılıq qabiliyyəti və ölkədaxili makroiqtisadi vəziyyət baxımından bütövlükdə mövcud şəraiti öyrənməyə kömək edir. Azərbaycandakı “Olivye indeksinə” gəlincə, bu indeksi təhlil etdikcə, salatın tərkib hissəsini təşkil edən ərzaq növlərinin maya dəyərinin kifayət qədər ucuz olduğuna əmin oluruq.
Ancaq bunu heç də müsbət hal kimi qiymətləndirmək olmaz, ona görə ki, bu göstərici ölkədə əməyə görə ödənişin kifayət qədər aşağı olduğuna işarə edir. Bu bizim milli valyutanın lazımınca qiymətləndirilmədiyini və birja göstəricilərinin böyük alıcılıq qabiliyyətinə malik olduğunu göstərir.
Ona görə də bu indeksləri universal şəkildə tətbiq etmək düzgün deyil. Son illər Azərbaycan iqtisadiyyatında sabitlik əldə olunub, inflyasiya səviyyəsinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Ancaq bu, ilk növbədə dövriyyədə olan pul kütləsinin kəskin azalması ilə əlaqədardır. Bu isə öz növbəsində alıcı tələbinin aşağı düşməsinə yol açıb. “Olivye indeksinin” kifayət qədər aşağı olması elə bundan qaynaqlanır”, - deyə ekspert fikrini tamamlayıb.
Oxu.Az yeniləndi!
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
Rəylər