Artıq 12 gündür etirazların davam etdiyi Yeni Kaledoniyada polisin tətbiq etdiyi güc nəticəsində ölən etirazçıların sayı yeddi nəfərə çatıb.
Qeyd olunur ki, sonuncu dəfə polis zorakılığı nəticəsində həyatını itirən şəxs 48 yaşlı kişi olub.
Ölüm hadisəsini paytaxt Numeada yerləşən prokurorluq orqanı da təsdiq edib.
Prokurorluqdan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Atəş açan polis əməkdaşı saxlanılıb.
Mənbə: NC La 1ere