Yenicə ana olan Yeni Zelandiyanın baş naziri Yasinda Ardern çıxış edəcəyi BMT-nin iclasına övladını da aparacağını deyib.
Oxu.Az xəbər verir ki, baş nazir çıxdığı altı həftəlik analıq məzuniyyətindən geri dönüb.
21 iyun tarixində ana olan və ilk övladını dünyaya gətirən 38 yaşlı nazir doğumuna dörd gün qalmasına rəğmən, hələ də işə gəlirdi. Onun bu hərəkəti xalqın və medianın diqqətini çəkmişdi.
Ardern övladına Neve Te Aroha adını verib. Yeni Zelandiyanın yerliləri olan Maorilərin dilində “Neve” sözü “parlayan”, “Aroha” isə “eşq” mənasını verir.
“The Telegraph” qəzetinə danışan Yasinda işinə geri dönəcəyini və BMT iclasında çıxış etmək üçün Nyu-Yorka gedəcəyini açıqlayıb.
O bildirib ki, iclasa altı həftəlik körpəsi ilə birlikdə qatılacaq. Ardern söyləyib ki, ana olması onun siyasi karyerasına əngəl deyil.
Pərviz Hüseyn
www.oxu.az