Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Yer kürəsi barədə bilinməyən həqiqət üzə çıxdı](https://images.oxu.az/2025/02/15/CD28io5dy7jzxz8irv4v1kE54NdHf2HjJj11F9ZD:1200.jpg)
Yer kürəsi barədə bilinməyən həqiqət üzə çıxdı
Lids Universitetindən olan tədqiqatçılar Yer kürəsinin qütblərində buz qatlarının yaranmasının çox nadir bir sıra amillərin birləşməsi nəticəsində baş verdiyini müəyyən etdilər.
Oxu.Az xəbər verir ki, tədqiqat "Science Advances" elmi jurnalında dərc olunub.
Komanda ilk dəfə olaraq bütün məlum buzlaşma proseslərini, o cümlədən vulkanların CO2 emissiyalarının azalmasını, meşələrin karbonu udmasını və dağ süxurları ilə reaksiyaları uzunmüddətli 3D Yer modelində birləşdiriblər.
Mütəxəssislər belə bir nəticəyə gəliblər ki, Yer kürəsi öz tarixinin böyük bir hissəsində buz papaqları olmadan "istixana" vəziyyətində olub və indi yaşadığımız şərait olduqca nadirdir.
Alimlər vurğulayır ki, Yer kürəsinin təbii iqlim mexanizmləri daha çox yüksək CO2 səviyyəsi olan istiliyə meyillidir. Bu, qlobal istiləşmənin başa düşülməsi üçün vacibdir.
"İqlim dəyişikliyi" teqi üzrə xəbərlər
- Butan Milli Assambleyasının sədri: "Problemlərin öhdəsindən gəlmək üçün birgə işləməliyik"
- Buzlaqlarda "yatan" təhlükə
- Kənd təsərrüfatı naziri yeni stimullaşdırma tədbirlərinin anonsunu verdi
- Dünyanın ən böyük aysberqi sürətlə əriyir
- Əli Əsədov: "Gürcüstanın iqlim dəyişiklikləri ilə mübarizədəki töhfəsini yüksək qiymətləndiririk"