Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yer kürəsində maqnit qasırğası gözlənilir
Avqustun 10-na keçən gecə Yer kürəsini G2 sinifli maqnit qasırğası bürüyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir.
Maqnit qasırğası pik nöqtəsinə Bakı vaxtı ilə saat 01:00-da çatacaq. Maqnit qasırğasının səviyyəsi növbəti bir neçə saat ərzində də dəyişməz olaraq qalacaq.
Maqnit qasırğası yalnız saat 13:00-da zəifləyərək G1 sinfinə düşəcək. Axşama doğru onun səviyyəsi daha da aşağı düşəcək. Qeyd olunur ki, Bakı vaxtı ilə saat 19:00-a qədər vəziyyət tamamilə normallaşacaq.
"Maqnit qasırğası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar