Yerevan meri, Ermənistanın Respublika partiyasının üzvü Taron Markaryan istefa verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan” mənbəyə istinadla məlumat yayıb.
Onun vəzifələrini müvəqqəti olaraq birinci müavini Kamo Areyan yerinə yetirəcək.
Bundan öncə, Yerevanda keçirilən etiraz aksiyalarında merin istefası tələb edilirdi. Ancaq mer heç nəyə baxmayaraq, idarəçiliyini davam etdirəcəyini bəyan etmişdi. Bir müddət sonra isə Milli Təhlükəsizlik Xidməti Yerevan icra hakimiyyətində axtarışlar apardı. Buna səbəb “Yerevan” fondunun talan olunması ilə bağlı açılmış cinayət işi olub.