Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilər arasında keçirilən dünya çempionatı başa çatıb.
Oxu.Az xəbər verir ki, son yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb.
Güləşçilərimiz günü üç bürünc medalla başa vurub.
Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) fəxri kürsünün III pilləsində qərarlaşıb. Güləşçilərimiz müvafiq olaraq Yaponiya, Ermənistan və Hindistan idmançılarından üstün olub.
Həsrət Cəfərovun bürünc medal uğrunda görüşdə Ermənistan idmançısı Robert Karapetyana 4:2 hesabı ilə qalib gəldiyi görüşün videosunu təqdim edirik:
Səbuhi MUSAYEV
www.oxu.az