Yerevanın iki rayonunda bankomatlara hücum edilib, cinayətkarlar iri məbləğdə pul oğurlayıblar.
Oxu.Az bu barədə “Sputnik Armeniya”ya istinadən xəbər verir.
Neçə bankomata zərər dəydiyi dəqiqləşdirilmir.
Müvafiq məlumat polisə səhər saatlarında daxil olub. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Ermənistanın istintaq komitəsi Arabkir və Kentron rayonlarında iki partlayışın baş verdiyini bildiriblər.
Bəzi məlumatlara görə, Saryan küçəsində bankomat partladıldıqdan sonra qarətçilər 7,5 milyon dram (15 min dollar) pul oğurlayıblar.
N.O.
www.oxu.az