Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yolda COVID-19-a yoluxduğunu öyrəndi, sərnişin avtobusu ilə xəstəxanaya aparıldı - FOTO/VİDEO
Yolda COVID-19-a yoluxduğunu öyrənən qadın elə salonunda olduğu sərnişin avtobusu ilə xəstəxanaya aparılıb.
“HaberGlobal”ın məlumatına görə, qəribə hadisə Türkiyədə yaşanıb.
Bildirilib ki, Sürəyya Ç. İstanbulda iki gün əvvəl koronavirus testindən keçib, lakin cavab çıxmamış Diyarbəkirə getmək üçün avtobusa minib. Yolda ona zəng edərək, COVID-19 testinin cavabının müsbət çıxdığı bildirilib. Sürəyya Ç. bu barədə sürücünün köməkçisinə xəbər verib.
Bundan sonra qadın elə həmin avtobusla Sakarya Universiteti Təhsil və Araşdırma xəstəxanasına aparılıb. Burada o, karantinə alınıb.
Avtobus isə yenidən Diyarbəkirə doğru yola çıxıb. Lakin mənzil başına çatmamış yolda hüquq mühafizəçiləri və tibb işçiləri tərəfindən saxlanılıb. Bütün sərnişinlər koronavirusla bağlı testdən keçmək üçün Refika Baysal İctimai Sağlamlıq Mərkəzinə aparılıb.
"COVID-19" teqi üzrə xəbərlər
- Kirill Qaburiç: "Ölkələr gücü ilə deyil, səhiyyə sistemi ilə öyünməlidirlər"
- Amir Dossal: "Statistikalar olduqca narahatedicidir"
- ÜST-nin baş direktoru Trampın iddialarına cavab verib
- Eyni vaxtda həm COVID-19-dan, həm də qripdən qoruyan peyvənd hazırlanıb
- Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı