Liberiyanın səhiyyə və sosial yardım nazirliyi bu günlərdə yaxın altı ay üçün Ebolaya dair proqnoz açıqlayıb.
Mümkün qurbanların dəqiq sayı bildirilmir, amma cəsədlər üçün 79 490 xaral və 989 985 ədəd cəsədlərlə işləyən qrup üçün xüsusi kostyumlar almaq lazım olduğu bildirilib. Nazirliyin məlumatına görə hal-hazırda virusdan 2425 liberiyalı vəfat edib, bu isə yoluxanların sayının yarısına bərabərdir. Yoluxmuş ölkədə insanların həyat uğrunda necə mübarizə apardıqlarını Liberiyada 8 gün keçirən Kirana Kesner öz fotomüsahibəsində göstərib.
1.Taksidə klinikaya
Taksi sürücüsü xəstə qadını klinikaya aparır, Ebolaya yoluxmuş xəstəni qəbul edirlər. Foto Monroviyada, Liberiyanın paytaxtında çəkilib.
2.Xlorlu duş
Ebola virusundan həlak olanların cəsədlərini toplayan qrupun üzvləri növbəti reyddən sonra dezinfeksiya üçün xlorla yuyunurlar. Yunifikeyşn-Taun, Liberiya.

3.Karantin xəttindən kənarda həyat
Liberiyannı paytaxtı Monroviyanın Vest-Poynt rayonunda humanitar yardımın paylanmasını gözləyirlər. Rayon Ebola virusuna görə karantindədir.
4. Dua edən qadının göz yaşları
Liberiya kilsəsində dua edən qadın Eboladan həlak olmuş rahib və onun köməkçisi üçün ağlayır.

5. Dəfn mərasimi
6. Dua etməyə gələnlər rahib üçün ağlayırlar
7. Dəfn komandası
Cəsədləri basdırmaq ilə məşğul olan komandanın üzvləri qadının cəsədini evdən çıxarırlar. Yunifikeyşn-Taun, Liberiya.
8. İzolyatorun qarşısında
Vest-Poyntda izolyator, Monroviya. Bu rayon karantindədir.
9. Xəstələr üçün klinika qarşısında
Foto Vest-Poynt rayonunda çəkilib, Monroviya.
10. Ölüm mələyi
Monroviyada dəfn komandasının əməkdaşı
11. Qəbirqazanlar
Dəfn komandasının əməkdaşları Ebola virusundan vəfat edənlər üçün qəbir qazırlar.
12. Son mənzilə
Yer çatmadığı üçün Monroviyanın ətrafında kolluqlardan istifadə etmək lazım gəlir.
13. Qadın məsləhətxanası
Hamilə qadın yerli məsləhətxanaya gəlib. Qonşu otaqda isə Ebola virusunun simptomları olan qadın həkim gözləyir.
14. Cəsədləri toplayan komanda
Komanda əməkdaşları cəsədləri yük maşınından sobaya atmazdan əvvəl xüsusi kostyumlar geyinirlər.
15. Cəsədlərin yandırılmazdan əvvəl dezinfeksiyası
Cəsədləri yandırmaq ilə məşğul olan komanda onları yük maşınına yığıb sobaya yollamazdan əvvəl dezinfeksiya edirlər.
16. Cəsədləri yandırmaq üçün hazırlıq
