Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ebola Azərbaycan sərhədində
Gürcüstanda Ebola xəstəliyinə yoluxması ehtimal edilən bir neçə nəfər həkimlərin nəzarəti altındadır.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə keçirilən mətbuat konfransında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Müşahidə Şurasının rəhbəri Paata İmnadze bildirib. P.İmnadze son üç ay ərzində Qərbi Afrikadan Gürcüstana 84 nəfərin gəldiyini və xəstəlik ehtimalının məhz onlara aid olunduğunun mümkünlüyünü bildirib.
“Gürcüstana gələnlərin çoxusu Nigeriyadan olub. Onlar 21 gün karantin keçdikdən sonra, bu adamlara nəzarət edilmir. Məlumata görə, hələlik bir neçə nəfər həkimlərin nəzarəti altındadır”.
P. İmnadze bildirib ki, xəstəliyə tutulmaq ehtimalı olunan bir neçə nəfərin karantin müddəti hələ keçməyib və müddət sona yetdikdən sonra müayinə olunan bu insanlara daha nəzarət edilməyəcək.
Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeydə alınıb və sonra virus Sierra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqal Demokratik Respublikasına yayılıb. Xəstəlik ABŞ və Avropada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ebola virusuna yoluxanların sayı 8000 nəfəri keçib və bu xəstəlikdən 4 min nəfər ölüb.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi