Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"YouTube"da çoxdan gözlənilən YENİLİK
"YouTube" video platforması öz rəsmi bloquna görə "Shorts" adlandırılan qısa videoçarxlarının maksimum uzunluğunu üç dəqiqəyə qədər artıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Oktyabrın 15-dən etibarən siz üç dəqiqəyə qədər "Shorts" yükləyə biləcəksiniz", - məlumatda bildirilir.
"YouTube"un məlumatına görə, şirkət qısa videoçarxların uzunluğunu artırmaq qərarına gəlib, çünki bu, məzmun yaradıcılarına edilən ən çox müraciət olub. Bununla belə, dəyişikliklər oktyabrın 15-dən əvvəl platformaya yüklənmiş videolara aid edilmir.
Digər bir yenilik portalın əsas lentində "Shorts"ların sayını azaltmaq imkanı olacaq.
"YouTube" teqi üzrə xəbərlər
- Oflayn izləmə, daha az ödəniş... "YouTube"dan abunəçilər üçün yeni imkanlar
- "Barselona" sosial media məcrasında da rekorda imza atdı
- Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb
- Avroparlament - Çirkli pulların dövr etdiyi, terrorçuların mənafeləri qorunan qurum
- "YouTube"da YENİLİKLƏR: İstifadəçilər və bloqerlər üçün təzə nələr var?